21.04.2017 11:44
2042
2042
"Real"ın hücumçusu Ronaldo və müdafiəçisi Serxio Ramos Münhen "Bavariya"sınını forvardı Robert Levandovskiyə yüksək qiymət verirlər.
Əldə olunan məlumata görə, onlar polşalı futbolçudan "Real"a keçməsini xahiş ediblər. Onların arasında belə bir söhbət Çempionlar Liqasının ¼ final mərhələsində keçirilmiş "Real"- "Bavariya" oyunundan (“Real” (Ispaniya) – “Bavariya” (Almaniya) - 4:2: İlk oyun - 2:1) sonra baş verib. Qeyd edək ki, həmin oyunda Levandovski bir qola imza atıb. Yeri gəlmişkən, hələ 2014-ci ildə "Real"ın prezidenti Florentino Peres da Levandovski (onda o, "Borussiya" Dortmunda çıxış edirdi) ilə bu barədə söhbət etmişdi.