çərşənbə axşamı, 13 yanvar 2026

ŞAHMAT

"Bu il də yerli şahmatçılarımızdan yüksək nəticələr gözləyirik"

21.04.2017 11:52 Oxundu 2918

"Shamkir Chess 2017"ni təşkil etmək bizim üçün böyük qürur hissidir. Turnirdə iştirak etdiyinə görə Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlümjinova minnətdarlığımızı bildiririk. Onun iştirakı yarışın mötəbərliyini daha da artırır". Bunu jurnalistlərə açıqlamasında Vüqar Həşimov Memorialının direktoru, "Shamkir Chess 2017" superturnirinin Təşkilat Komitəsinin sədri Fərid Hüseynov deyib.

O qeyd edib ki, dünya çempionu Maqnus Karlsenin yarışda iştirak etməməsi şahmatçının və turnirin qrafikinin üst-üstə düşməməsi ilə bağlıdır: "Bundan öncəki və bu turnirdə M.Karlsenin iştirak etməməsi heç də yarışa olan marağı azaltmır. Ancaq şahmatçı özü də dəfələrlə bildirib ki, növbəti illərdə bu turnirdə böyük məmnuniyyət hissi ilə iştirak etmək istəyir. Burada dünyanın ən güclü şahmatçıları mübarizə aparırlar. Ötən il həmyerliyimiz Şəhriyar Məmmədyarovun qalib gəlməsi hamımızı sevindirdi. Bu il də yerli şahmatçılarımızdan yüksək nəticələr gözləyirik".