1809
Bu gün UEFA Avropa Liqasında yarımfinal mərhələsinin püşkatma mərasimi keçirilib. Bakı vaxtı ilə saat 15:00-da başlayan tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil qərargahında baş tutub. İkinci dərəcəli klub turnirində mübarizəni davam etdirən "Ayaks" (Hollandiya), "Selta" (İspaniya), "Lion" (Fransa) və "Mançester Yunayted" (İngiltərə) final yolundakı son rəqiblərini tanıyıblar. Püşkün nəticələrinə görə "Ayaks" "Lion"la"Selta" "Mançester Yunayted"lə qarşılaşacaq.
Qeyd edək ki, yarımfinal mərhələsinin oyunları mayın 4-də və 11-də keçiriləcək. Turnirin final matçı mayın 24-də İsveçin paytaxtı Stokholmda yerləşən "Frends Arena"da olacaq.
Avropa Liqası
Yarımfinal
(4/11 may)
“Ayaks” (Hollandiya) - “Lion” (Fransa)
“Selta” (İspaniya) - “Mançester Yunayted” (İngiltərə)
Final
(24 may)
1-ci cütün qalibi – 2-ci cütün qalibi