çərşənbə axşamı, 13 yanvar 2026

BİZİM FUTBOL

"Yaz turniri" başa çatıb

21.04.2017 16:35 Oxundu 2254

Əlillər Futbolu Federasiyasının təşkilatçılığı, AFFA-nın, Sahə Futbol Federasiyaları İctimai Birliyinin və Bakcellin dəstəyi ilə Daxili İşlər Nazirliyinin İdman Sarayında eşitməqüsurlu əlillər arasında futzal üzrə "Yaz turniri" başa çatıb.

Turnirin qalibi “Zirvə” komandası olub. 2-ci yeri “Ümüd”, üçüncü pilləni isə “Birlik” tutub. “Zirvə” komandasının üzvü Şövkət Əsgərov ən yaxşı qapıçı, “Zirvə” komandasından Güləli Baxşıyev isə ən yaxşı oyunçu adına layiq görülüb. Turnirin ən məhsuldar futbolçusu “Ümüd” komandasının üzvü Elcan Əsədov olub.