çərşənbə axşamı, 13 yanvar 2026

DİGƏR NÖVLƏR

Hidayət Heydərov "qızıl xal"la Avropa çempionu oldu

21.04.2017 18:41 Oxundu 2651

Polşanın paytaxtı Varşavada cüdo üzrə Avropa çempionatı davam edir. Yarışın ikinci günü Azərbaycan milli komandası üçün uğurlu olub. Belə ki, millimiz aktivinə 1 qızıl və 1 bürünc medal yazdırıb.

73 kq çəki dərəcəsində mübarizə aparan Hidayət Heydərov bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub. Hidayət Heydərovun da ilk döyüşü 1/16 finala təsadüf edib. Həmyerlimiz Xavyer Ramireslə (İspaniya) üz-üzə gəlib. Görüş təmsilçimizin aktivinə yazılıb. Heydərov ikinci qarşılaşmasında türkiyəli Həsən Vanlıoğlu ilə münasibətinə aydınlıq gətirib. İdmançımız qonşu ölkə təmsilçisini cəmi 57 saniyəyə məğlub edib. O, 1/4 finalda isveçli Tomm Makiasla gücünü yoxlayıb. Hidayət bu döyüşünü də xeyrinə bitirib. Həmyerlimiz yarımfinalda macarıstanlı Mikloş Unqvarini yolundan kənarlaşdıraraq həlledici mərhələyə yüksəlib. Hidayəti "qızıl"dan rusiyalı Musa Moquşkov da ayıra bilməyib. Əsas hissəsi bərabərliklə başa çatan mübarizədə idmançımız "qızıl xal"la "qızıl" qazanıb.

Bu çəkidə ölkəmizi təmsil edən digər cüdoçumuz Rüstəm Orucov bürünc medala sahib olub. 81 kq çəki dərəcəsində çıxış edən Rüfət İsmayılov isə mübarizəni erkən dayandırıb.

Qeyd edək ki, yarışın ilk günündə Orxan Səfərov (60 kq) və Nicat Şıxəlizadə (66 kq) bürünc medal qazanıblar.

Xatırladaq ki, sabah daha 4 çüdoçumuz - Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov, Elxan Məmmədov (hər ikisi 100 kq) və Uşaqi Kokauri (+ 100 kq) tatami üzərinə çıxacaq.

Azərbaycan cüdoçusu Hidayət Heydərov Avropa çempionu oldu
Azərbaycan cüdoçusu Hidayət Heydərov Avropa çempionu oldu
Azərbaycan cüdoçusu Hidayət Heydərov Avropa çempionu oldu