çərşənbə axşamı, 13 yanvar 2026

BİZİM FUTBOL

Qızlardan ibarət yığmamız UEFA İnkişaf turnirində ikinci olub

22.04.2017 10:16 Oxundu 1932

17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Monteneqronun Podqoritsa şəhərində təşkil olunmuş UEFA İnkişaf turnirində ikinci yeri tutub.

Son oyunda Qazaxıstan komandası ilə qarşılaşan yığmamız Lamiyə Qurbanovanın dublu sayəsində 2:0 hesabı ilə qələbə qazanıb.

Xatırladaq ki, yığmamız turnirin ilk oyununda Bosniya və Herseqovina komandasına 1:3 hesabı ilə məğlub olmuş, növbəti qarşılaşmada isə Monteneqro yığmasına penalti seriyasında qalib gəlmişdi.