çərşənbə axşamı, 13 yanvar 2026

DİGƏR NÖVLƏR

Təsəlliverici görüşlərdə yığmamızın ilk rəqibi Hollandiya millisi olacaq

23.04.2017 14:39 Oxundu 1845

Polşanın paytaxtı Varşavada cüdo üzrə Avropa çempionatı davam edir. Fərdi yarışlar başa çatdıqdan sonra bu gün komandalar arasında qalib bəlli olacaq.Kişilərin yarışında 16 ölkənin komandası çempionluq uğrunda mübarizə aparacaq. Millimizin 1/8 finaldakı ilk rəqibi Monteneqro olub. Yığmamız balkanlıları darmadağın edib - 5:0. Nicat Şıxalizadə, Hidayət Heydərov, Rüfət İsmayılov, Tural Səfquliyev, Uşanqi Kokouri rəqiblərinə şans verməyiblər. Növbəti rəqib isə Çexiya ilə görüşdən qalib ayrılan Fransa olub. Komandamız yarımfinal uğrundakı gərgin mübarizədən məğlub ayrılıb - 2:3. Hidayət Heydərov və Məmmədəli Mehdiyev öz çəkilərində qalib gəlsə də, Nicat Şıxəlzadə, Rüstəm Orucov və Elxan Məmmədov isə uduzub.

Təsəlliverici görüşlərdə yığmamızın ilk rəqibi Hollandiya millisi olacaq.

Kişilər

1/8 final

Azərbaycan – Monteneqro - 5:0

66 kq Nicat Şıxalizadə - Yusuf Nurkoviç

73 kq Hidayət Heydərov - Nikola Qusiç

81 kq Rüfət İsmayılov - Miliç

90 kq Tural Səfquliyev - Bubanya

+90 kq Uşanqi Kokouri - Pantiç

1/4 final

Azərbaycan - Fransa - 2:3

66 kq Nicat Şıxəlzadə - Aleksandr Maryak

73 kq Hidayət Heydərov - Lyuk Korval

81 kq Rüstəm Orucov - Pape Ndaye

90 kq Məmmədəli Mehdiyev - Aksel Klerj

+90 kq Elxan Məmmədov - Sirill Maret

Təsəlliverici görüş

Azərbaycan - Hollandiya