24.04.2017 07:24
1951
1951
Azərbaycan Premyer Liqasının XXVII turunda “Qarabağ”ın qonağı olan “gənclik şəhəri” təmsilçisi 1:2 hesablı məğlubiyyətə düçar olub.Matçla bağlı “Sumqayıt”ın baş məşqçisi Samir Abasov deyib: "Bu gün ən azı bir xal götürmək istəyirdik. Qələbə qazanmağa o qədər də şansımız yox idi. Müdafiədə oturub, 1 xal qazanmağı və digər görüşün nəticəsini gözləməyi fikirləşirdik. Təəssüf ki, bunu bacarmadıq. Son iki turda çempion və gümüş medalçı ilə oynamalı oluruq. Təqvim baxımından bəxtimiz gətirmədi. Amma builki oyunlarımız ürəkaçan idi. Bu gün bir xalın acısını yaşayırıq. Gələcəkdə bunu aradan götürəcəyik."