çərşənbə axşamı, 13 yanvar 2026

DÜNYA FUTBOLU

Messi - 500

24.04.2017 07:31 Oxundu 2039

Aprelin 23-də La Liqanın 33-cü turu çərçivəsində “Santyaqo Bernabeu” stadionunda keçirilən "El Klassiko"da "Barselona" komandası "Real Madrid"i 3:2 hesabı ilə məğlub edib. Bu oyunda Messi dubl edib. (Bu qələbədən sonra "Barselona" bir oyun az keçirən "Real Madrid" ilə xalları bərabərləşdirib. Hər iki klubun aktivində 75 xal olsa da, komandalar arasında görüşlərin nəticələrinə görə "Barselona" liderliyi ələ keçirib).

Qeyd edək ki, bu oyunda dubl edən Lionel Messi La Liqa tarixində "El Klassiko"larda ən çox qol vuran futbolçu adına sahib olub. Belə ki, hazırda aktivində 16 qol olan Lionel Messi əfsanəvi Alfredo di Stefanonun (14 qol) rekordunu təzələyib. Eyni zamanda, oyunun son dəqiqəsində vurduğu qol argentinalı ulduz futbolçunun karyerasında 500-cü qolu olub.