çərşənbə axşamı, 13 yanvar 2026

BİZİM FUTBOL

“İnter” “bürünc”lə barışmalı olacaq?

24.04.2017 07:58 Oxundu 1882

Bu gün Azərbaycan Premyer Liqasında XXVII tura yekun vurulacaq. Turun son matçında “Qəbələ” “İnter”i qəbul edəcək.Bu görüş ikinci pillənin sahibini rəsmən müəyyənləşdirə bilər. Belə ki, evdə oynayan əyalət klubunun ikinciliyinin son turadək təxirə salınması üçün bakılılar 2 və ya daha çox top fərqi ilə qalib gəlməlidi. Digər hallarda “İnter” “bürünc”lə barışmalı olacaq. “Gümüş”ü rəsmiləşdirmək istəyən “Qəbələ”ni isə qələbə və heç-heçə ilə yanaşı, 1 top fərqli məğlubiyyət də qane edir.

Azərbaycan Premyer Liqası

XXVII tur

24 aprel (bazar ertəsi)

14:30. “Qəbələ” – “İnter”

Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Vüsal Qənbərov, Ziya Nəsirov

AFFA nümayəndəsi: Eldar Qasımov

Hakim-inspektor: Şahin Cəfərov

Qəbələ şəhər stadionu

1.

Qarabağ

27

18

5

4

44-13

59

2.

Qəbələ

26

13

10

3

43-16

49

3.

İnter

26

11

10

5

36-28

43

4.

Zirə

27

8

10

9

25-28

34

5.

Kəpəz

27

8

9

10

23-27

33

6

Sumqayıt

27

8

8

11

26-34

32

7.

Neftçi

27

9

3

15

25-42

30

8.

AZAL

27

1

7

19

13-47

10

Bombardir: Filip Ozobiç (“Qəbələ”) - 11 qol, Rauf Əliyev (“İnter”) – 9 qol, Dino Ndlovu (“Qarabağ”) – 9 qol