24.04.2017 08:10
1964
1964
Türkiyə Super Liqa klublarından “Qaziantepspor”un futbolçusu Frantişek Rajtoral intihar edib. "apasport"un Türkiyə mətbuatına istinadən məlumatına görə, Çexiya millisinin də formasını geyinən futbolçu Qaziantepdə qaldığı evdə özünü tavandan asıb.Oyunçunun bütün gün evdən çıxmadığını görən qonşular bu barədə polisə xəbər veriblər. İntiharın ailə münaqişəsi zəminində baş verdiyi ehtimal edilir