çərşənbə axşamı, 13 yanvar 2026

DÜNYA FUTBOLU

Xerard Pike: "Messi hələ çox ildən sonra butsilərini mismardan asacaq"

24.04.2017 10:14 Oxundu 1985

İspaniya çempionatının XXXIII turu çərçivəsində bütün diqqətlər "El-Klasiko"ya yönəlmişdi. Əzəli rəqiblər olan "Real" və "Barselona"nın budəfəki dueli kataloniyalıların qələbəsi ilə yekunlaşdı. Luis Enrikenin komandası səfərdə 3:2 hesabı ilə qalib gələrək, çempionluq mübarizəsində vacib addım atdı.

"Barselona"nın baş məşqçisi Luis Enrike oyundan sonra Messi (o bu matçda dubl edib) haqqında xoş sözlər deyib: "Lionel Messi dünya futbol tarixinin ən yaxşı oyunçusudu. İnanın, mən futbolda çox şey görmüşəm. 500 qol onun üçün hədəf idi və Messi bunu bacardı. "Barselona" uzun illərdi ki, dahi klubdu. Amma bu komandanın tarixinin ən vacib hissəsi Messi ilə bağlıdı".

"Barselona"nın müdafiəçisi Xerard Pike isə bildirib ki, Messi xüsusi bir oyunçudur. Mən inanıram ki, o, hələ çox ildən sonra butsilərini mismardan asacaq".

Yeri gəlmişkən, Pike oyun haqqında ümumi şəkildə belə açıqlama verib: "Barselona" çempionluq mübarizəsində irəliyə addım atdı. Oyunun nəticəsini ədalətli hesab edirəm. Biz bu görüşdə "Real"ı ötdük. Serxio Ramosa gəlincə, həmin epizod təmiz qırmızı vərəqəlik idi. Ramos iki ayağı ilə tullanmışdı. Sadəcə, "Real" Madriddə başqa cür hakimliyə öyrəşib. Futbolçular elə bilirlər ki, onlara hər şey etmək olar".

Qeyd edək ki, matçın 77-ci dəqiqəsində "Real"ın oyunçusu Serxio Ramos Messiyə qarşı kobud oynayıb və buna görə qırmızı vərəqə alaraq meydanı tərk edib.