24.04.2017 10:32
1905
1905
Dünən keçirilmiş “Real” – “Barselona” (2:3) matçından sonra "Barselona"nın idman direktoru Robert Fernandes komandanın hücumçusu Luis Suareslə bağlı fikirlərini bölüşüb. O, çempionatın son 3 matçında qol vura bilməmiş Suares haqqında bu sözləri deyib: "Əlbəttə, qol vurmaq hücumçu üçün vacibdir. Amma qol vurub-vurmamasından asılı olmayaraq, Luis Suares "Barselona"ya çox lazımdır. Əsas məsələ onun meydandakı fəaliyyətidir".
Qeyd edək ki, Süares ölkə çempionatında keçirdiyi 31 oyunda 23 qol vurub, 12 dəfə isə məhsuldar ötürmə verib.