çərşənbə, 21 yanvar 2026

BİZİM FUTBOL

Yeni mövsümün püşkü iyulun 26-da atılacaq

13.07.2016 13:36 Oxundu 1521

Topaz Premyer Liqasının 2016/17 mövsümünün püşkatmasının tarixi müəyyənləşib. Bu barədə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev məlumat verib.O bildirib ki, yeni mövsümün püşkü iyulun 26-da atılacaq. AFFA-nın inzibati binasında keçiriləcək tədbirdə ilk turun cütləri müəyyənləşəcək. Sonra isə mövsümün tam təqvimi dəqiqləşəcək. Qeyd edək ki, 2016/17 mövsümündə Premyer Liqada ilk dəfə 8 komanda mübarizə aparacaq. Bunlar Bakının “Zirə”, “İnter”, “Neftçi”, AZAL klubları, həmçinin “Qarabağ” (Ağdam), “Qəbələ”, “Kəpəz” (Gəncə) və “Sumqayıt”dı.