çərşənbə axşamı, 13 yanvar 2026

BİZİM FUTBOL

Dino Ndlovu ölkəsində martın ən yaxşısı adına layiq görülüb

26.04.2017 18:04 Oxundu 2126

“Qarabağ”ın 27 yaşlı hücumçusu Dino Ndlovu ölkəsində - Cənubi Afrika Respublikasının (CAR) legioner həyatı yaşayan futbolçuları arasında martın ən yaxşısı adına layiq görülüb. Ndlovu buna “Qarabağ”dakı çıxışı ilə nail olub. Ağdam klubunun qol ümidi artıq mükafatına da qovuşub. Martda “Qarabağ”ın heyətində ölkə çempionatı və kuboku daxil olmaqla, ümumilikdə 4 oyun keçirən Ndlovu 2 qola imza atıb. Dinonun Azərbaycan Premyer Liqasının cari mövsümündə 9 qol vuraraq, komandasının qızıl medallar qazanmasında böyük rol oynadığı vurğulanıb. Dino Ndlovu çempionatdakı 9 qola 22 oyunda, yəni meydanda olduğu 1671 dəqiqədə nail olub. “Qarabağ”ın hücumçusu ölkə kubokunda isə 4 görüşdə (239 dəqiqə) iştirak edib və rəqib qapılarına 4 dəfə yol tapıb.

Qeyd edək ki, Ndlovu “Qarabağ”a ötən il Kiprin “Anortosis” klubundan transfer olunub. O, 2012-ci ildə debüt etdiyi CAR yığmasında bu vaxta qədər 4 oyun keçirib.