çərşənbə axşamı, 13 yanvar 2026

DÜNYA FUTBOLU

“Başakşəhər” üstünlüyünü saxlaya bilmədi

27.04.2017 06:59 Oxundu 1916

Türkiyə kubokunda yarımfinal mərhələsinə start verilib. Mərhələnin ilk oyununda “Başakşəhər” “Fənərbaxça”nı qəbul edib.Meydan sahibləri ilk hissədə Cengiz Ünderin qollarıyla 2:0 hesabıyla önə keçsə də, bu üstünlüyünü sonadək qoruyub saxlaya bilməyib. “Sarı bülbüllər” əvvəlcə 13-cü dəqiqədə Ozan Tufanın qoluyla hesab arasındakı fərqi azaldıb. 61-ci dəqiqədə isə Robin Van Persi tarazlığı bərpa edib – 2:2. Matç bu hesabla da başa çatıb. İki komanda arasındakı cavab oyunu mayın 17-də keçiriləcək. Qeyd edək ki, digər yarımfinal oyununda “Kasımpaşa” “Konyaspor”la qarşılaşacaq.

Türkiyə kuboku

Yarımfinal, ilk oyun

26 aprel

“Başakşəhər” – “Fənərbaxça” – 2:2

Qollar: Cengiz Ünder, 8, 11 - Ozan Tufan, 13, Van Persi, 61