27.04.2017 15:30
2555
2555
“İnter” Peşəkar İdman Klubunun Müşahidə Şurasının sədri müəyyənləşib. Azərbaycan Beynəlxalq Bankı ilə AFFA arasında bağlanmış müqaviləyə uyğun olaraq idarəçiliyi assosiasiyaya verilmiş kluba Zaur Axundov rəhbərlik edəcək.
AFFA-nın İcraiyyə Komitəsinin üzvü Müşahidə Şurasına sədr təyin olunub. AFFA tərəfindən “İnter” Peşəkar İdman Klubuna səlahiyyətli nümayəndə təyin edilən Rəmiş Malıyev isə İcraçı direktor kimi fəaliyyət göstərəcək.