çərşənbə axşamı, 13 yanvar 2026

BİZİM FUTBOL

Diniyevin sonuncu turda meydana çıxacağı sual altındadır

27.04.2017 15:41 Oxundu 2068

Topaz Premyer Liqasının XXVII turunda AZAL-a qarşı matçda zədələnən “Kəpəz”in futbolçusu Kərim Diniyev tam sağalmayıb. Oyunun ilk yarısında zədələndiyindən əvəzlənən futbolçu müayinədən keçib. Klubun tibbi personalından klubun saytına verilən məlumata görə, Kərimin sağ ayağında ikinci dərəcəli əzələ gərilməsi qeydə alınıb.

Dünən hazırlıqda iştirak edə bilməyən yarımmüdafiəçi bu gün fərdi halda məşqlərə başlayıb. O, həkim nəzarəti altında çalışır. Diniyevin sonuncu turda meydana çıxacağı sual altındadır.