cümə, 24 aprel 2026

BİZİM FUTBOL

Növbəti 0:3

27.04.2017 17:11 Oxundu 1970

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Monteneqronun Podqoritsa şəhərində təşkil olunmuş UEFA İnkişaf turnirində növbəti oyununu keçirib. Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan futbolçularımız məğlub olub – 0:3.

Yığmamız turnirdə növbəti oyununu aprelin 29-da, saat 13.00-da Qazaxıstan komandasına qarşı keçirəcək.

Qeyd edək ki. millimiz ilk oyunda Bosniya və Hersoqovinaya 0:3 hesabı ilə uduzub.