çərşənbə axşamı, 13 yanvar 2026

DÜNYA FUTBOLU

“Bavariya” Kinqsli Komanı transfer edib

27.04.2017 20:41 Oxundu 1953

“Bavariya” rəsmi olaraq “Yuventus”dan yarımmüdafiəçi Kinqsli Komanı transfer edib. Məlumata görə, münhenlilər iki il əvvəl “Yuventus”dan K. Komanı 7 milyon avroya icarəyə götürmüşdü. Yekunda “Bavariya” 20 yaşlı fransalı futbolçuya görə 21 milyon avro ödəyərək onu öz heyətinə qatıb. Yarımmüdafiəçi ilə 2020-ci ilədək müqavilə bağlanıb.