çərşənbə axşamı, 13 yanvar 2026

BİZİM FUTBOL

Turan Tovuz”a qızıl medallar təqdim olundu

27.04.2017 21:15 Oxundu 2134

Futbol üzrə Azərbaycan I Divizionunun 2016/2017-ci illər mövsümünün qalibi olan “Turan Tovuz”a qızıl medallar və çempionluq kuboku təqdim olundu. I Divizionun bu gün keçirilən “Turan Tovuz” – “Qaradağ Lökbatan” oyunundan sonra Peşəkar Futbol Liqası tərəfindən mükafatlandırma mərasimi təşkil edildi. Çempion komandaya medalları və kuboku Peşəkar Futbol Liqasının direktoru Məlik Həsənov, eləcə də veteran futbolçular, AFFA İcraiyyə Komitəsinin üzvləri Vaqif Sadıqov və İsgəndər Cavadov təqdim etdilər.