1962
Bakıdakı IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək ölkələrdən 27-si idmançılarının sayını müəyyənləşdirib. Azərbaycan 335 idmançı ilə təmsil olunacaq. Mayın 12-22-də keçiriləcək yarışda komandamız bütün yarış növlərində mübarizə aparacaq. Hələlik ikinci ən böyük say (307) Əlcəzairə məxsusdur. Pakistan üçüncü (180 - 190) yerdə qərarlaşıb.
Azərbaycan: 335
Albaniya: 8
Banqladeş: 31
Burkina-Faso: 4
Çad: 30
Əfqanıstan: 141
Əlcəzair: 307
Fələstin: 84
İran: 145
İraq: 65
Malayziya: 37
Maldiv adaları: 33
Mozambik: 20
Nigeriya: 10
Oman: 60
Pakistan: 180 - 190
Qambiya: 13
Qayana: 18
Qətər: 50
Qırğızıstan: 40
Qvineya-Busau: 4
Səudiyyə Ərəbistanı: 170
Surinam: 11
Suriya: 30
Tunis: 60
Uqanda: 43
Yəmən: 9 - 13
Bəhreyn, Benin, Birləşmiş Ərəb Əmirliyi, Bruney, Cibuti, Fil Dişi Sahili, İndoneziya, İordaniya, Kamerun, Livan, Liviya, Mali, Mavritaniya, Mərakeş, Misir, Niger, Müstəqil İHİF idmançıları, Özbəkistan, Qabon, Qazaxıstan, Toqo, Qəmər adaları, Qvineya, Seneqal, Somali, Syerra-Leone, Sudan, Tacikistan, Türkiyə və Türkmənistan hələ idmançı sayını müəyyənləşdirməyib.
Yarışın rəsmi açılış mərasimi mayın 12-də olsa da, İslam Həmrəyliyi Oyunları mayın 8-də futbol yarışı ilə start götürəcək.