cümə, 24 aprel 2026

DÜNYA FUTBOLU

"Bu vəsaitə "Monako" onun yalnız bir ayağını sata bilər"

28.04.2017 15:01 Oxundu 2009

Futbol agenti Federiko Pastorello "Monako"nun hücumçusu Kilian Mbappenin transfer qiyməti ilə bağlı fikirlərini bölüşüb. Monako onun qiymətini 110 milyon avro dəyərində qiymətləndirir. "İnter" isə bu oyunçuya görə 80 milyon, PSJ isə 90 milyon avro ödəməyə hazır olduqlarını bildiriblər: "Mbappeni 80 milyon avroya almaq? Bu vəsaitə "Monako" onun yalnız bir ayağını sata bilər".

Bir daha xatırladaq ki, "Monako"nun 18 yaşlı futbolçusu Avropa nəhənglərinin maraq dairəsinə düşüb. Böyük klublar Kilian Mbappeni heyətlərinə qatmaq üçün mübarizə aparırlar. Məlumata görə, "Real", "Bavariya", "Çelsi", "Mançester Yunayted", PSJ və "Arsenal" bu futbolçunu heyətinə qatmağa çalışır.

Qeyd edək ki, Kilian Mbappe "Monako"nun yetirməsidir. Klubun əvəzedici heyətində çıxış edən gənc futbolçu bu mövsümdən əsas komandaya da cəlb olunub.