cümə, 24 aprel 2026

DÜNYA FUTBOLU

Əfsanələrin "El-Klasiko"sunu "Barsa" qazandı VİDEO

28.04.2017 23:51 Oxundu 2195

İspaniyanın "Barselona" və "Real" klublarının əfsanəvi futbolçuları Livanın paytaxtı Beyrutun Kamil Şamun adına stadionunda üz-üzə gəliblər. Veteranların yoldaşlıq oyunu 3:2 hesabı ilə "kataloniyalılar"ın xeyrinə başa çatıb.

Qarşılaşmanı 38 min tamaşaçı izləyib.

Qalib komandanın qollarını Lüdovik Jüli (2 qol) və Simau Sabroza vurub. Braziliyalı Ronaldinyo 3 məhsuldar ötürmə edib. "Real"ın heyətində Fernando Sans və Françesko Herrero fərqlənib.

b