29.04.2017 00:10
2054
2054
Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında mövsümün son - XXVIII turunun oyunları keçirildi. "Qarabağ" səfərdə "Neftçi"nin qonağı olub. İlk hissəni 0:1 hesabıyla məğlub tamamlayan komanda ikinci hissədə əzmkarlıq göstərərək Salman Cəfərov və Elşən Abdullayevin qollarıyla 2:1 hesablı qələbə qazanıb.
"Qarabağ"ın əvəzedici heyəti bu qələbəylə xallarının sayını 56-ya yüksəldərək 2016/17-ci illər mövsümünün çempionu olub. Gümüş medallara “Qəbələ", bürünc medallara isə “Neftçi” sahib çıxıb.