29.04.2017 10:13
3809
3809
Sloveniyada təlim-məşq toplanışında olan kişi voleybolçulardan ibarət Azərbaycan millisi ilk yoxlama oyununu keçirib. IV İslam Həmrəyliyi Oyunlarına hazırlaşan yığma komandamız yerli “Maribor” klubu ilə qarşılaşıb.
Voleybolçularımızın üstünlüyü şəraitində keçən oyunda yığmamız 4:1 hesablı qələbə qazanıb.
Millimiz Sloveniyadan əvvəl İsraildə təlim-məşq toplanışı çərçivəsində keçirdiyi 3 yoxlama oyununu qələbə ilə başa vurub.