bazar ertəsi, 12 yanvar 2026

BİZİM FUTBOL

Julien Ebah: "Bu gün qələbə qazanmalıyıq”

29.04.2017 11:47 Oxundu 2251

Cari mövsümün son oyununa Gəncədə çıxacaq “Kəpəz” şəhər stadionunda “İnter” ilə qarşılaşacaq. Dünən keçirilən son məşqlə “sarı-göylər” bu oyunun hazırlığını tamamlayıb. Son matç öncəsi komandanın üzvləri Julien Ebah və Davud Kərimi klubun saytına açıqlama verib:

Julien Ebah: “Təbii ki, son matçda da məqsəd qalib gəlmək, azarkeşləri sevindirməkdir. Mən üzərimə düşəni etməklə qol vurmağa çalışacağam. Son oyunlar yaxşı çıxış edirik, qələbələri sıralayırıq. Çempionatı yüksək əhval-ruhiyyədə başa vurmaq üçün bu gün qələbə qazanmalıyıq”.

Davud Kərimi: “Çempionatın son dövrəsini yaxşı keçirmişik. Cəmi bir oyunda uduzub qalan matçlarda qələbə qazanmışıq. Əhvalımız yaxşıdır. Çempionatda beşinci yeri tutmaq imkanımız var, bunun üçün “İnter” ilə oyunda qələbə qazanmalıyıq. Azarkeşləri oyuna baxmağa, dəstək olmağa dəvət edirik”.