29.04.2017 11:52
2898
2898
Mövsümün başa çatmasına 1 tur qalmasına baxmayaraq, "Sumqayıt" Futbol Klubu 2017/2018 mövsümü üçün heyətini müəyyənləşdirmək üçün çalışmalara başlayıb. Komanda ilk olaraq kapitan Vurğun Hüseynovla müqavilə imzalayıb. 29 yaşlı müdafiəçi komanda ilə yeni 1 illik sazişə imza atıb. 4 mövsümdür klubumun şərəfini qoruyan Vurğun 2016/2017 mövsümündə "Sumqayıt"ın heyətində 27 oyuna çıxıb və 2430 dəqiqə meydanda olub. O, ümumilikdə isə "Sumqayıt" FK-nın heyətində 111 qarşılaşmada meydana çıxıb. Xatırladaq ki, Vurğun Hüseynovun "Sumqayıt" FK-da debütü 2013-cü il avqustun 4-də gerçəkləşib. O, “Xəzər Lənkəran”la ev matçında (1:1) 90 dəqiqə meydanda mübarizə aparıb.