bazar ertəsi, 12 yanvar 2026

BİZİM FUTBOL

Milad Beigi Hərçəqani yenə də rəqiblərinə şans vermədi

29.04.2017 11:59 Oxundu 2069

Yunanıstanda keçirilən “DTF Prezident Kuboku” beynəlxaq yarış davam edir. Turnirin ilk günü bir bürünc medal qazanan millimizin üzvləri ikinci gün daha uğurlu nəticəəldə ediblər. Böyüklərdən ibarət yığma komandamızın liderlərindən olan, Avropa çempionu, I Avropa Oyunlarının qalibi və “Rio-2016” Yay Olimpiya Ounlarının bürünc mükafatçısı Milad Beigi Hərçəqani (-80 kq) yenə də rəqiblərinə şans vermədi. Belə ki, M.Hərşəqani qarşılaşdığı Demir Burak (TUR) 26-5, Uladzislau Saulukov (BLR) 18-6, Apostolos Telikostoslovu (YUN) 17-8, John Asp (NOR) məğlub edərək finala vəsiqəni təmin edib. Həlledici döyüşdə isə Türkiyə təmsilçisi Yunis Sarı ilə qarşılaşan idmançımız rəqibə 10-1 hesabı ilə qalib gələrəg qızıl medala sahib olub.

Qadın taekvondoçumuz Fəridə Əzizova isə Mollie Schofieldi (GBR) 12-0, Yuliya Miyutsi (RUS) və Dunja Lemajicə (SLO) 10-1 hesabı ilə qalib gələrək yarmfinal mərhələsinə adlamışdır. Lakin yarlmfinal rəqibi İsveçli Elin Yohannson keçilməz olub. Əzizova rəqibinə 3-7 hesabı ilə məğlub olaraq yarışı bürünc medalla başa vurub.

Gənclər arasında mübarizədə Cavad Ağayev fəqrlənib. -63 kq çəki dərəcəsində dayanq üzərinə çıxan millinin üzvü Loannis Voukakisı (YUN) 16-4, Peter Gardeni (DAN) 16-3, Yeqor Liakı (RUS) 9-4 və Denis Lantratovaya (RUS) 13-6 hesabı ilə qalib gəlsə də yarımfinalda məğlubiyyətlə üzləşib. Belə ki, Slovakiyalı Filip Svec gərgin keçən döyüşdən 21-25 hesabı ilə qalıb ayrılıb.

Xatırladaq ki, yarışın ilk günü qadın taekvondoçumuz Yaprak Eriş (-57 kq) bürünc medala layiq görülmüşdür. İki günün nəticəsinə görə idmançılarımız I qızıl və ııı bürünc medala sahib olublar.

Bir daha qeyd edək ki, bu turnirdə mükafatçılar sırasında yer alacaq idmançılar il ərzində keçirilməsi nəzərdə tutulan Avropa birinciliyi və çempionatına öz çəkilərində əlavə lisenziya əldə etmiş olacaqlar. Yarışa 30 aprel tarixində yekun vurulacaq.

-