bazar ertəsi, 12 yanvar 2026

BİZİM FUTBOL

"Gələn mövsümə daha yaxşı hazırlaşmalıyıq"

29.04.2017 20:19 Oxundu 1958

"Neftçi” PFK-nın baş məşqçisi Elxan Abdullayev Topaz Premyer Liqasının XXVIII turunun "Qarabağ” klubu ilə oyunundan sonra fikirlərini bildirib:

"Bu gün çempionatın qalibi ilə qarşılaşırdıq. Etiraf etmək lazımdır ki, "Qarabağ” hazırda bizdən daha güclü komandadır və bu matçda da qələbə qazandı. Rəqibi təbrik edirəm. Biz isə gələn mövsümə daha yaxşı hazırlaşmalı, daha güclü komanda formalaşdırmalıyıq. Stabil komanda qurmaq üçün vaxt lazımdır. Təbii ki, komandada müəyyən dəyişiklər olacaq. Bununla bağlı yaxın günlərdə klubun rəsmi saytında məlumat veriləcək”.