bazar ertəsi, 12 yanvar 2026

DİGƏR NÖVLƏR

Bədii gimnastika üzrə dünya kuboku yarışlarına yekun vurulub

01.05.2017 06:48 Oxundu 2689

Aprelin 30-da Bakıda Beynəlxalq Gimnastika Federasiyasının (FIG) bədii gimnastika üzrə dünya kuboku yarışlarına yekun vurulub. Milli Gimnastika Arenasında keçirilən dünya kubokunun üçüncü - sonuncu günündə fərdi gimnastların halqa, top, gürzlər və lentlə, eləcə də qrup komandalarının 5 halqa, 3 top və 2 iplə hərəkətlər üzrə final yarışları oynanılıb.

Turnirdə 21 ölkədən 94 gimnast mübarizə aparıb. Onlardan 34-ü fərdi proqramda, 58 nəfəri isə, ümumilikdə, 10 qrup hərəkətləri komandasının tərkibində çıxış edib.

Fərdi yarışlarda rusiyalı gimnastlar Aleksandra Soldatova topla, Arina Averina halqa ilə, israilli Viktoriya Vaynberq-Filanovski gürzlərlə, Bolqarıstan gimnastı Neviana Vladinova isə lentlə çıxışda qızıl medala sahib olublar.

Qrup komandalarının yarışında 5 halqa ilə çıxışda İtaliya millisi, 3 top və 2 iplə mübarizədə isə ukraynalı gimnastlar birinci olublar.