1662
Xəbər verdiyimiz kimi, Çempionlar Liqasının yarımfinalında "Barselona"nı mübarizədən uzaqlaşdırmış (0:0 və 0:3) "Yuventus" "Monako" ilə qarşılaşacaq (Cavab matçı mayın 9-da baş tutacaq). “Real” – “Atletiko” matçı isə 2 may, 10 may tarixlərində keçiriləcək.
"Yuventus"un hücumçu Paulo Dibala komandasının yarımfinaldakı şansını dəyərləndirərkən deyib ki, bu il "Yuventus"un ili ola bilər: "Başa düşürük ki, hər iki yarımfinal oyunu gərgin keçəcək. "Monako" çempionatda liderlik edir və yaxşı futbol sərgiləyir. Komandamız yüksək səviyyəli ustaları ilə fərqlənir. "Monako" böyük qüvvə ilə hücum edir və çox qol vurur. Bu il bizim ili ola bilər. Biz qatıldığımız bütün turnirlərdə yaxşı iştirak edirik. Doğrudur, digər 3 komanda da turniri qazanmaq istəyir. Əgər Çempionlar Liqasına qələbə qazansaq, məqsədimizə nail olacağıq. Mən və həmkarlarım buna çalışacaqlar".