01.05.2017 14:10
1654
1654
Vurğun Hüseynov və Rail Məlikovun ardından "Sumqayıt" Futbol Klubu Bəxtiyar Həsənalızadə ilə də müqavilənin müddətini artırıb. 25 yaşlı futbolçu daha 1 il "Sumqayıt"ın şərəfini qoruyacaq. Qeyd edək ki, Bəxtiyar 2016/2017 mövsümündə "Sumqayıt" FK-nın heyətində Premyer Liqada 23 qarşılaşmada meydana çıxıb (1966 dəqiqə) və 1 qol vurub. 2011-ci ildən "Sumqayıt" FK-da çıxış edən adıçəkilən müdafiəçi klubun heyətində ümumilikdə 117 dəfə meydana çıxıb.