02.05.2017 07:20
1884
1884
Mayın 5-dən 28-dək çimərlik futbolu üzrə Azərbaycan milli komandası Su İdman Sarayının ərazisində təlim-məşq toplanışı keçirəcək. AFFA xəbər verir ki, toplanışa dəvət olunmuş futbolçuların siyahısı belədi: Vaqif Şirinbəyov, Elçin Qasımov, Renat Sultanov, Elvin Quliyev, Amid Nəzərov, Orxan Məmmədov, Asif Zeynalov, Ramil Əliyev, Sabir Allahquliyev, Əbdül Əliyev, Hikmət Bağırov, Rüfət Məmmədov, Comərd Baxşəliyev, Tural Abbaszadə.