02.05.2017 14:20
2482
2482
"Monako"nun hücumçusu Kilian Mbappenin gələcək taleyi hələ müəyyənləşməyib. Bu barədə futbolçunun əmisi Pyer Mbappe məlumat verib. Məlumata görə, 18 yaşlı Kilian Mbappe ilə yalnız Avropanın kluları maraqlanmır: "O, "PSJ", "Çelsi", "Mançester Siti", "Barselona", "Yuventus", "Mançester Yunayted" və ya "Real"a keçə bilər. Futbolda hadisələrin necə inkişaf edəcəyini əvvəlcədən heç kim bilmir. Mənim qardaşım oğlu hazırda çox güclü komandada çıxış edir. Onun hansısa komandaya keçmək variantı yaransa, onda bu məsələ ilə bağlı ailəvi qərar qəbul edəcəyik".
"Monako" ilə Kilian Mbappenin müqaviləsi 2019-ci ilin yayınadək qüvvədədir.