çərşənbə axşamı, 13 yanvar 2026

DÜNYA FUTBOLU

"Real" Ronaldonun het-triki ilə qalib gəldi

02.05.2017 23:33 Oxundu 1927

Mayın 2-də Madrid derbisi - "Real"-"Atletiko" matçı ilə UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinə start verilib. "Santyaqo Bernabeu" stadionunda keçirilən görüşdə "Real" 3:0 hesabı ilə qalib gəlib. Qolları rəqib qapısından Ronaldo keçirib.

Xatırladaq ki, bu, Madridin ev sahibliyi etdiyi 28-ci avrokubok yarımfinalı idi. Hər iki komanda avrokuboklarda beşinci dəfə üz-üzə gəliblər.

Dieqo Simeonenin komandası UEFA Çempionlar Liqasının 2013-2014-cü və 2015-2016-cı il mövsümlərinin final qarşılaşmalarında "Real Madrid"ə məğlub olub.

Cavab qarşılaşması bir həftə sonra keçiriləcək.

Yarımfinal mərhələsinin digər matçı mayın 3-də "Monako" və "Yuventus" komandaları arasında baş tutacaq.

Çempionlar Liqası

Yarımfinal mərhələsi, ilk oyunlar

2 may

“Real” (Madrid, İspaniya) – “Atletiko” (Madrid, İspaniya) - 3:0

Qollar: Ronaldo, 10, 73, 86

Baş hakim: Martin Atkinson (İngiltərə)

“Real”: 1. Keylor Navas, 2. Dani Karvaxal, 4. Serxio Ramos, 5. Rafael Varan, 7. Kristiano Ronaldo, 8. Toni Kroos, 9. Karim Benzema, 12. Marselo, 14. Kazemiro, 19. Luka Modriç, 22. İsko

Ehtiyat oyunçular: 13. Kiko Kasilla, 6. Naço, 10. Xames Rodrigez, 16. Mateo Kovaçiç, 17. Lukas Vazgez, 20. Marko Asensio, 21. Alvaro Morata

“Atletiko”: 13. Yan Oblak, 2. Dieqo Qodin, 3. Filipe Luis, 6. Koke, 7. Antuan Qrizman, 8. Saul Nigez, 10. Yanik Karrasko, 14. Qabi, 15. Stefan Saviç, 19. Lukas Hernandez, 21. Kevin Qameyro

Ehtiyat oyunçular: 1. Migel Anxel Moya, 5. Tyaqo, 9. Fernando Torres, 11. Anxel Korrea, 22. Tomas, 23. Nikolas Qaytan, 37. Alberto Rodrigez