bazar ertəsi, 12 yanvar 2026

DÜNYA FUTBOLU

Zinəddin Zidan: “Real”ı hələ finalda hesab etmək olmaz"

03.05.2017 08:37 Oxundu 1896

Madridin “Santyaqo Bernabeu” stadionunda baş tutan görüşdə əzəli rəqiblər – “Real” və “Atletiko” qarşılaşıb. Matçda üstün tərəf olan “Real” portuqaliyalı ulduzu Kriştiano Ronaldonun 10, 73 və 86-cı dəqiqələrdə vurduğu qollarla rəqibini 3:0 hesabı ilə məğlub edib.

Bununla da K.Ronaldo Çempionlar Liqasında ardıcıl ikinci oyunda het-trik edib. Bundan əvvəl, o, Münxenin “Bavariya” klubunun qapısından 3 top keçirmişdi.

Beləliklə, “Kral” klubu ardıcıl ikinci il Çempionlar Liqasının finalına vəsiqə qazanmağa yaxınlaşıb.

“Real” baş məşqçisi Zinəddin Zidan matç barədə bu sözləri deyib: “Biz bugünkü oyundan razıyıq, ancaq “Real”ı hələ finalda hesab etmək olmaz. Qol vurduq, əsas məsələ qol buraxmadıq. Buna baxmayaraq, hər bir halda qarşıda bir oyun yenə var. Ən möhtəşəm məqam isə Ronaldo ilə bağlıdır. O, həmişə lazım olan vaxt lazım olan yerdə olmağı bacarır. Üç qol vurdu və bütün təriflərə layiqdi. Unikal oyunçudu. Ancaq qalib gəlməyi arzulayır və daim irəli baxır”.