bazar ertəsi, 12 yanvar 2026

DÜNYA FUTBOLU

Knyazlıq klubu "Yuventus"la üz-üzə gəlir

03.05.2017 08:43 Oxundu 1834

Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinin ikinci oyunu keçiriləcək. Final uğrundakı ikinci mübarizədə “Yuventus”la “Monako” üz-üzə gələcəklər.

ÇL-in qrup mərhələsində “Bayer”, “Tottenhem” və Moskva MOİK-ini qabaqlayaraq, birinci pillənin sahibi kimi 1/8 finala adlayan “Monako” bu mərhələdə “Mançester Siti”ni mübarizədən kənarlaşdırıb. Knyazlıq klubu ¼ finalda isə Dortmund “Borussiya”sından güclü olub.

“Yuventus” isə Çempionlar Liqasının cari mövsümündə məğlubiyyətin nə olduğunu bilmir. “Sevilya”, “Lion” və Zaqreb “Dinamo”su ilə birlikdə çıxış etdiyi H qrupundan lider kimi növbəti mərhələyə yüksələn “qoca sinyora” 1/8 finalda “Porto”nu (2:0, 1:0), ¼ finalda isə “Barselona”nı (3:0, 0:0) mübarizədən kənarlaşdırıb.

Çempionlar Liqası

Yarımfinal mərhələsi, ilk oyun

3 may

22:45. “Monako” (Fransa) – “Yuventus” (İtaliya)

Baş hakim: Antonio Mateu Lahoz (İspaniya)