bazar ertəsi, 12 yanvar 2026

BİZİM FUTBOL

“Zirə” 3 futbolçusu ilə yollarını ayırdı

03.05.2017 11:03 Oxundu 1910

Futbol üzrə Avropa Liqasına vəsiqə qazanan “Zirə” heyətlə bağlı çalışmalara start verib. Baş məşqçi Ayxan Abbasov müqaviləsi başa çatan 3 futbolçu ilə yolları ayırmağı qərara alıb. Anlaşması başa çatan Tural Cəlilov və Yamin Ağakərimzadə ilə yanaşı, icarə müddəti bitən Migel Lorensoya yeni müqavilə təklif olunmayıb.

“Zirə” hər 3 futbolçuya göstərdikləri xidmətə görə təşəkkür edib və gələcək karyeralarında uğurlar arzulayıb.