bazar ertəsi, 12 yanvar 2026

BİZİM FUTBOL

“Qəbələ”nin U-10-nu mövsümü bürünclə başa vurdu

03.05.2017 17:01 Oxundu 1992

AFFA-nın təşkil etdiyi U-10 Liqasına yekun vurulub. Bu gün yarışda final və 3-cü yer uğrunda qarşılaşma keçirilib. “Qəbələ” bürünc medal uğrunda qarşılaşmada “Əlincə” ilə görüşüb. Matç “qırmızı-qaralar”ın 6:1 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, “Qəbələ”nin ən aşağı yaş qrupu üzrə komandası mövsümü bürünc medallarla başa vurub.

Xatırladaq ki, “qırmızı-qaralar” final mərhələsində “Əlincə”ylə matçadək “Azəri TİM” (0:0, 6:2), “Sumqayıt” (4:0, 3:0) və “Vətən” RİOEUG ilə (0:2, 1:5) qarşılaşıb.