bazar ertəsi, 12 yanvar 2026

BİZİM FUTBOL

AZAL-ı yeni mövsümdən “Şəmkir” əvəz edəcək

03.05.2017 17:04 Oxundu 2016

Növbəti mövsüm Azərbaycan Premyer Liqasında iştirak edəcək komandalardan birinin kimliyinə aydınlıq gəlib. cempion.az “futbolinfo”ya istinadən xəbər verir ki, fəaliyyətini dayandıran AZAL-ı yeni mövsümdən “Şəmkir” əvəz edəcək.

Artıq bununla əlaqədar yaxın günlərdə rayonda stadionun tikintisinə start veriləcək. Belə ki, Şəmkir Olimpiya İdman Kompleksində böyük təmir işlərinin aparılacağı, tribunaların yenidən tikiləcəyi gözlənilir. Stadionun azarkeş tutumu 5-7 min arası olacaq. Tikinti işlərini yerli şirkətlərdən biri ilə Türkiyənin “Çapaçin” şirkəti aparacaq.

Klubun əsas problemi stadion məsələsi olduğundan, indi “Şəmkir”in Premyer Liqaya vəsiqə qazanması üçün əngəl qalmır. Daha yuxarı yerləri tutmuş komandaların lisenziya tələbləri ilə bağlı kifayət qədər çatışmazlığı olduğundan, qərblilərin elitada görünmək şansı daha realdı. Artıq AFFA-dan da “Şəmkir”ə qeyri-rəsmi razılıq verilib.

Növbəti mövsüm elitada iştirak edəcəyi dəqiqləşmək üzrə olan “Şəmkir” Badri Kvaratsxeliya ilə vidalaşaraq, baş məşqçi postuna yerli mütəxəssis gətirəcək. Belə ki, komanda AZAL-ın dağılmasından sonra işsiz qalan Tərlan Əhmədovla anlaşıb.

Bir neçə klubdan təklif aldığını deyən Əhmədov, əslində, “Şəmkir”lə çoxdan anlaşıbmış. Sadəcə, klubun Premyer Liqaya buraxılmasını və sponsorların dəqiqləşməsini gözləyib. İndi isə hər hansı əngəl yoxdu – AFFA komandaya “yaşıl işıq” yandırıb.