03.05.2017 18:25
2387
2387
2016-2017-ci il mövsümü “Roma” klubunun əfsanəvi futbolçusu Françesko Totti üçün oyunçu qismində son mövsüm olacaq. Bunu “Roma”nın idman direktoru Ramon Monçi deyib. Onun sözlərinə görə, F. Totti bununla bağlı klubla razılığa gəlib, bundan sonra futbolçu direktor vəzifəsini tutacaq.
Xatırladaq ki, 40 yaşlı F. Totti “Roma”nın yetirməsidir, 1992-ci ildən klubda oynayır. Futbolçu “Roma” ilə 2000/2001-ci il mövsümündə İtaliya çempionu olub, iki dəfə İtaliya Kubookunu (2006/2007, 2007/2008) və İtaliya Superkubokunu (2001 və 2007-ci illərdə) qazanıb.