2152
.jpg)
UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin növbəti oyunu keçirilib. İtaliya təmsilçisi “Yuventus” Fransada “Monako” ilə qarşılaşıb. Oyunda hesab 29-cu dəqiqədə açılıb. Qonzalo İquayn İtaliya klubunu hesabda önə çıxarıb. İlk hissə bu hesabla başa çatıb.
İkinci hissədə böyük qüvvə ilə hücuma atılan “Monako” qapısında ikinci qolu görüb. Argentinalı hücumçu Qonzalo İquayn 59-cu dəqiqədə meydan sahiblərini ikinci dəfə mərkəzə dəvət edib. Qarşılaşmanın qalan dəqiqələri Fransa təmsilçinin çoxsaylı hücumları ilə keçib. Lakin “Yuventus”un etibarlı müdafiə xəttini yarmaq mümkün olmayıb. Oyun İtaliya təmsilçisinin 0:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Çempionlar Liqası
Yarımfinal mərhələsi, ilk oyun
3 may
“Monako” (Fransa) – “Yuventus” (İtaliya) - 0:2
Qollar: İquayn, 29, 59
Baş hakim: Antonio Mateu Lahoz (İspaniya)
“Monako”: 1. Daniel Subaşiç, 2. Fabinyo, 5. Cemerson, 7. Nabil Dirar, 9. Radamel Falkao, 10. Bernardo Silva, 14. Timo Bokoyako, 19. Cibril Sidibe, 25. Kamil Qlik, 27. Tomas Lemar, 29. Kilian Mbappe
“Yuventus”: 1. Canluici Buffon, 15. Andrea Barzali, 19. Leonardo Bonucci, 3. Corcio Kyellini, 12. Aleks Sandro, 5. Miralem Pyaniç, 8. Klaudio Markizio, 23. Dani Alves, 21. Paulo Dibala, 17. Mario Mancukic, 9. Qonzalo İquayn
r