bazar ertəsi, 12 yanvar 2026

BİZİM FUTBOL

Onlara lisenziya veriləcəkmi?

04.05.2017 11:29 Oxundu 1925

Mayın 12-də AFFA-nın inzibati binasında Lisenziya Komissiyasının iclası keçiriləcək. İclas zamanı 2017-2018-ci il lisenziyalaşdırma mövsümündə UEFA və Premyer Liqa yarışlarında iştirak etmək məqsədilə lisenziya üçün müraciət etmiş klubların ərizələrinə baxılacaq və müvafiq qərarlar qəbul olunacaq.

Xatırladaq ki, başa çatan mövsümdə birinci diviziondan “Turan”, “Səbail” və “Ağsu” Premyer Liqada oynamaq hüququ əldə edib. Onların yüksək liqada oynaması üçün tələb edilən lisenziyanın verilib-verilməməsi ilə bağlı qərar da bu iclasda rəsmiləşəcək.

Bundan başqa, birinci divizondan “Şəmkir”in də lizensiya üçün müraciət etdiyi bildirilir.