1912
FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Qurumun saytınının xəbərinə görə, ötən ayla müqayisədə Azərbaycan millisinin mövqeyində ciddi dəyişiklik baş verməyib. Millimiz 386 xalla 87-ci yerdə qərarlaşıb.
Komandamızın "DÇ-2018"in seçmə mərhələsindəki rəqiblərindən Almaniya 1464 xalla 3-cü (0), Şimali İrlandiya 823 xalla 26-cı (0), Çexiya 679 xalla 46-cı (0), Norveç 387 xalla 86-cı (0), San Marino isə 12 xalla 204-cü (0) yerdə qərarlaşıb.
Qeyd edək ki, dünyanın ən güclü 10 komandasının mövqeyində isə heç bir dəyişiklik yaşanmayıb. Ümumiyyətlə, “50-lik”də yalnız bir yerdəyişmə olub. Siyahıya 1672 xalla Braziliya millisi başçılıq edir. Argentina 1603 xalla ikincidir.
Qeyd edək ki, qonşu Türkiyə yığması 22-ci yerdə qalıb. “Ay-ulduzlular”ın hesabındakı 863 xal dəyişməyib.