bazar ertəsi, 12 yanvar 2026

BİZİM FUTBOL

Elxan Məmmədov yığmamızla görüşüb

04.05.2017 13:00 Oxundu 1903

Bu gün AFFA-nın baş katibi Elxan Məmmədov Mərdəkan qəsəbəsində yerləşən AFFA Futbol Mərkəzindəki Milli Komandaların Məşq Mərkəzində 23 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası ilə görüşüb. Baş katib IV İslam Həmrəyliyi oyunlarında iştirak edəcək yığmamıza AFFA prezidenti Rövnəq Abdullayev və AFFA-nın İcraiyyə Komitəsinin üzvləri adından uğurlar arzulayıb, müvafiq tövsiyələrini verib.

Xatırladaq ki, yığmamız IV İslam Həmrəyliyi Oyunlarında ilk oyununu mayın 8-də, saat 18:30-da, Bayıl stadionunda Kamerun komandasına qarşı keçirəcək.