04.05.2017 13:07
2039
2039

“Neftçi”də baş məşqçi Elxan Abdullayevin taleyinə aydınlıq gəlib. Klubun rəsmi məlumatına görə, klubun Müşahidə Şurası çalışdırıcıya güvənmək qərarına gəlib. Belə ki, Abdullayevlə müqavilənin müddəti artırılıb. Razılığa əsasən, o, qarşıdakı 3 ildə “Neftçi”nin “sükanı arxası”nda olacaq.
Qeyd edək ki, Elxan Abdullayev "Neftçi"yə 2016-17 mövsümünün gedişində baş məşqçi təyin edilib.