cümə axşamı, 23 aprel 2026

BİZİM FUTBOL

"Sumqayıt" "Kəpəz"in kapitanını heyətinə qatıb

04.05.2017 15:18 Oxundu 2102

3 futbolçu ilə yeni müqavilə imzalayan "Sumqayıt" Futbol Klubu 2016/2017 mövsümü üçün transfer çalışmalarını davam etdirir. Komanda son olaraq, "Kəpəz"də çıxış edən Tural Axundovu heyətinə qatıb. 28 yaşlı futbolçu "Sumqayıt" FK ilə 1 illik müqavilə müqavilə imzalayıb.


Qeyd edək ki, Tural Axundov "Kəpəz"dən (62 oyun, 11 qol) başqa, "Muğan" (39 oyun, 3 qol), "Rəvan" (54 oyun) və "Simurq"un (63 oyun) formasını geyinib.