04.05.2017 16:04
1886
1886
Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda səfərdə “Monako”ya qalib gələn “Yuventus” (0:2) ardıcıl 6 oyunda qapısında qol görməyib. Bu matçlardan 5-i pley-off mərhələsinə təsadüf edib.
“Yuventus” isə Çempionlar Liqasının cari mövsümündə məğlubiyyətin nə olduğunu bilmir. “Sevilya”, “Lion” və Zaqreb “Dinamo”su ilə birlikdə çıxış etdiyi H qrupundan lider kimi növbəti mərhələyə yüksələn “qoca sinyora” 1/8 finalda “Porto”nu (2:0, 1:0), ¼ finalda isə “Barselona”nı (3:0, 0:0) mübarizədən kənarlaşdırıb.
Amma çoxu elə bilirdi ki, Vidal və Poqbanın gedişindən sonra "Yuventus" zəifləyəcək.