cümə axşamı, 23 aprel 2026

DÜNYA FUTBOLU

Buffon da yüzə çatdı

04.05.2017 16:13 Oxundu 2021

Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda “Yuventus” “Monako” matçı turinlilərin qapıçısı Canluici Buffon üçün qitənin ən nüfuzlu klub turnirində 100-cü olub. “Qoca sinyora”nın əfsanəvi “çərçivə qoruyucusu” klubun heyətində bu göstəriciyə çatan ilk oyunçu olub. Bir komandanın heyətində ən çox ÇL matçına çıxan oyunçu “Barselona”lı Xavi, ümumiyyətlə isə ən çox ÇL matçı oynamış oyunçu “Real” və “Porto”nun qapıçısı İker Kasilyasdı – 164 oyun.